Rusiya qoşunları yeni hücuma hazırlaşır - Ukrayna MN
9-04-2022, 10:48
![Rusiya qoşunları yeni hücuma hazırlaşır - Ukrayna MN](/uploads/posts/2022-04/1649483220_1.jpg)
Ukrayna Müdafiə Nazirliyi son duruma dair operativ məlumat yayıb.
Yenisabah.az xəbər verir ki, qurumun yaydığı məlumatda Rusiya qoşunlarının Donetsk və Luqansk vilayətlərinin ərazilərinə tam nəzarəti ələ keçirmək üçün genişmiqyaslı hücuma hazırlaşdığ qeyd olunur.
Bundan Ukraynadan çıxarılan Rusiyanın bəzi hərbi bölmələrinin Belarus ərazisində yerləşdiyi bildilirilir.
“Donetsk istiqamətində hücumlar davam edir. Əsas səylər Rubijne, Nıjne, Popasna və Novobaxmutivka yaşayış məntəqələrinin nəzarətə götürülməsinə və Mariupol şəhəri üzərində tam nəzarətin yaradılmasına yönəlib. Cənub Buq istiqamətində rus kəşfiyyatı gücləndirilib. Maryansk, Novovorontsovka, Novoqrıvka və Şevçenkovye yaşayış məntəqələri artilleriyadan atəşə tutulub. Krım yarımadası ərazisindən Odessa vilayətinin yaşayış məntəqələrinə raket zərbələri endirilir. Donetsk və Luqansk vilayətlərində Rusiya Silahlı Qüvvələrinin 9 tankı, 7 zirehli maşını məhv edilib. Həmçinin ötən sutka ərzində rusların 2 helikopteri, 1 PUA-sı, 1 qanadlı raketi vurulub”, - deyə məlumatda qeyd olunur.