Nazir Çində yayılan yeni virusla bağlı açıqlama verib

9-04-2022, 11:17           
Nazir Çində yayılan yeni virusla bağlı açıqlama verib
Koronavirusun Çində aşkarlanan yeni variantı həddən artıq zəifdir.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, virusun yoluxuculuğu "Omikron"dan daha yüksək ola bilər, amma törətdiyi xəstəlik daha zəifdir:

"Bilirsiniz ki, Sars-Cov-2 virusu dəfələrlə mutasiyaya uğrayıb və yeni ştammlar peyda olub. Buna görə biz hər dəfə açıqlama verəndə vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırdıq. Çünki virusun özünü necə aparacağını heç kəs öncədən bilə bilməz. Sevindirici haldır ki, "Omikron"dan sonra başlayan son bir neçə mutasiyada virusun yoluxuculuğu zəifləyib, törətdiyi xəstəliyin ağır gedişatı, demək olar ki, çox nadir hallarda baş verir. Ona görə ümid bəsləyirdik ki, pandemiya sona doğru inkişaf edir.

Çində bir çox ölkələrdən fərqli olaraq "sıfır Covid" rejimi ana xətt kimi qəbul olunub. Yəni, istənilən kiçik saylarla belə qeydə alınan yoluxmalar icma və şəhərlərdə tam qapanmaya gəririrdi. Yeni ştamın da həmin şəraitdə peyda olması ümumilikdə tibb icmasını kifayət qədər gərginləşdirmişdi. Lakin şükürlər olsun, həmin ştam həddən artıq zəifdir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru