Bu günə qədər Ukraynada müharibə qurbanı olan uşaq sayı bəlli oldu

11-04-2022, 00:07           
Bu günə qədər Ukraynada müharibə qurbanı olan uşaq sayı bəlli oldu
Bu günə qədər Ukraynada müharibə qurbanı olan uşaq sayı bəlli oldu
Rusiya ordusunun Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar keçirməsi nəticəsində 177 uşaq ölüb.

Bu barədə Ukrayna Baş Prokurorluğunun məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, hərbi əməliyyatlar başlayandan indiyədək 336-dan çox uşaq xəsarət alıb.

"Bu rəqəmlər yekun məlumatı əks etdirmir, belə ki, aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və işğaldan azad edilmiş ərazilər üzrə məlumatlar tam dəqiqləşdiriliməyib", - Ukrayna Baş Prokurorluğunun məlumatında qeyd olunur.

Ən çox qurbanlar Donetsk, Kiyev və Xarkov vilayətlərindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru