Elmi laboratoriyalarda dəhşətli ssenaridən danışılır -

25-04-2022, 00:05           
Elmi laboratoriyalarda dəhşətli ssenaridən danışılır -
Koronavirus pandemiyasının, xüsusilə Rusiya-Ukrayna müharibəsinin təsiri ilə bütün dünyada qida böhranı yaşanmağa başlayıb. Dünyanı cənginə alan bahalaşma diqqətdən yayınmır.

Teref.az xəbər verir ki, baş verənlər elmi çevrələrin bir nömrəli gündəm maddəsinə çevrilib.

Elm adamlarının mövzu ilə bağlı hazırladıqları son hesabat isə qorxuları bir qədər də artırır.
Tədqiqatın müəlliflərindən biri, sosiobioloq Edvard Uilson deyib:

“Dünyanın insanları qidalandırmaq üçün bir həddi var. Dünyada hər kəs vegetarian olsa belə, istehsal edilən ət kifayət deyil. 2049-cu ildə dünya əhalisinin sayı 10 milyarda çatacaq və dünya bu qədər insanı doydura bilməyəcək”.

Elm adamları 2049-cu il üçün qorxunc proqnoz veriblər. Dünyanın cəmi 27 il 251 günlük qida ehtiyatının qaldığını bildirən mütəxəssislər 2049-cu il 24 aprel tarixini hazırda baş verənlərin inkişafı baxımından Qiyamət günü (Apokalipsis) kimi gördüklərini bildiriblər./Teleqraf












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.