Rusiyanın 1 günlük müharibə xərci neçəyə başa gəlir? – İNANILMAZ MƏBLƏĞ

9-05-2022, 00:10           
Rusiyanın 1 günlük müharibə xərci neçəyə başa gəlir? –
Ukrayna ilə müharibənin hər günü ruslara 900 milyon dollara başa gəlir.

Teref.Az Publika.az -a istinadən xəbər verir ki, bu barədə “Newsweek” jurnalına SOFREP hərbi nəşrinin baş redaktoru Şon Spunks məlumat verib.

Bildirilib ki, xərclər rus əsgərlərinə ödənişlər, döyüş sursatı, güllə və raket istehsalı, itirilmiş və ya zədələnmiş texnikanın təmiri xərclərindən ibarətdir.

Rusiya həmçinin müharibə zamanı atılan və hər biri təxminən 1,5 milyon dollar dəyərində olan minlərlə öldürücü silah və qanadlı raketlərin pulunu ödəməlidir.

Daha bir araşdırmada da göstərilib ki, müharibədən birbaşa itkilər Rusiyaya təxminən 7 milyard dollara başa gəlib. O da vurğulanıb ki, sərt sanksiyaların Rusiya iqtisadiyyatına təsiri çox güman ki, yaxın on il ərzində hiss olunacaq.

Mütəxəssislər deyirlər ki, Rusiya rublunun ucuzlaşması səbəbindən ölkə 30 il geriyə düşə və yaxın 5 il ərzində Rusiyada həyat səviyyəsi aşağı düşə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru