Bill Qeyts qlobal iqtisadiyyatda ləngimə proqnozlaşdırıb

9-05-2022, 10:08           
Bill Qeyts qlobal iqtisadiyyatda ləngimə proqnozlaşdırıb
Ukraynada müşahidə olunan böhran qlobal iqtisadi ləngiməyə səbəb olacaq.

Trend"Bloomberg"ə istinadla xəbər verir ki, bu proqnozla “Microsoft”un yaradıcısı, milyarder və xeyriyyəçi Bill Qeyts çıxış edib.

Milyarderin sözlərinə görə, bu ölkədə xammal qiymətlərinin kəskin artmasına səbəb olan vəziyyət onsuzda dövlət borcu səviyyəsinin yüksək olduğu və tədarük zəncirində bəzi problemlərin mövcud olduğu pandemiya dövründə yaranıb.

"ABŞ, İngiltərə və Hindistan da daxil olmaqla bir çox ölkə inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini artırmağa başladı. Bu,nəticədə iqtisadi artımın ləngiməsinə səbəb olacaq", - Bill Qeyts söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru