"Putin ağır xərçəng xəstəsidir" - İddia

9-05-2022, 11:56           
"Putin ağır xərçəng xəstəsidir" - İddia
“Rusiya prezidenti Vladimir Putin ağır xərçəng xəstəsidir”.
TEREF.AZ yazır ki, Yeniavaz.com “unian”a istinadla xəbər verir ki, bunu araşdırmaçı jurnalist Xristo Qrozev deyib.
Onun sözlərinə görə, xəstəliyi onun ətrafındakı oliqarxlardan biri də təsdiqləyib.
"2014-cü ildə bu oliqarxlardan biri Krımı ələ keçirməyin nə qədər yaxşı olacağından danışdığı görüşdə sözün əsl mənasında Putinin yanında idi. Yəni, həmin şəxs Putinə kifayət qədər yaxındır. Bu oliqarxın olduğu bir səs yazısı da mövcuddur. Səs yazısında o, Putinin hansı ağır onkoloji xəstəlikdən əziyyət çəkməsindən danışır”, - Qrozev qeyd edib.
Daha əvvəl “The Sun” nəşri yazıb ki, yaxın vaxtlarda Putin bıçağın altına girmək məcburiyyətində qalacaq, əməliyyat olunacağını gözləyir. Dərc olunan materialda deyilir ki, Putində parkinson və şizoaffektiv pozğunluq var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru