“iPhone” və “Apple Watch”da fiziki məhdudiyyətli insanlar üçün yeni funksiyalar olacaq

19-05-2022, 10:24           
“iPhone” və “Apple Watch”da fiziki məhdudiyyətli insanlar üçün yeni funksiyalar olacaq
ABŞ-ın “Apple” şirkəti fiziki məhdudiyyətli “iPhone” sahibləri üçün bir sıra yeni funksiyaları elan edib.

Onların hamısı 2022-ci ilin sonuna kimi smartfonlarda görünəcək.

Yeniliklər arasında qapının aşkarlanması funksiyası da var - o, görməyən və görmə qabiliyyəti zəif olan istifadəçilərə qapıların yerini, onlara olan məsafəni və açılma istiqamətini müəyyənləşdirməyə kömək edir. Smartfon bütün bunları lidarların və daxili süni intellektin köməyi ilə edir.

Bundan əlavə, “Apple” cihazlarında saatı smartfon ekranından idarə etməyə imkan verən “Apple Watch” “yansıtma” funksiyası da olacaq. Həmçinin, “Apple Watch” istifadəçiləri üçün yeni nəzarət jestləri də əlçatan olacaq. Bu, adətən görüntünü kiçiltmək üçün istifadə edilən jestdir. Şirkətdən verilən məlumata görə, bu xüsusiyyətlər qadcetlərin hərəkət məhdudiyyəti olan insanlar üçün istifadəsini asanlaşdırır.

“FaceTime” zənglərinin interfeysi də dəyişəcək - ora zəif eşidən və eşitməyən istifadəçilər üçün “canlı” subtitrlər əlavə olunacaq.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru