Rəqsi ilə gündəmə gələn 54 yaşlı müəllimdən etiraz: - "Nə qədər adam ayağa qalxacaq"

19-05-2022, 17:52           
Rəqsi ilə gündəmə gələn 54 yaşlı müəllimdən etiraz: - "Nə qədər adam ayağa qalxacaq"
"50-54 yaşında müəllimlər hansı sertifikasiyaya gedə bilərlər?! Bizi niyə imtahana çəkirlər ki?! Şəxsən öz adımdan deyirəm ki, mənim vəzifədə işləyən şagirdlərim var. Məni necə imtanahdan keçirə bilərlər? Mənim imtahan verməyə halım var?!"

DİA.AZ cebhe.info-ya istinadla xəbər verir ki, bu sözləri bir müddət əvvəl sinif otağında rəqsi ilə gündəmə gələn, Qaradağ rayonunda yerləşən 184 nömrəli orta məktəbin müəlliməsi Gülsüm Biləndərli deyib. Təhsil sistemindəki çatışmazlıqlardan, xüsusən də sertifikasiyadan danışan müəllim şikayətlərini dilə gətirib:

"Bütün vaxtım yoluma gedir. Bu yaşda imtahana hazırlaşmaq nə deməkdir? Ayıb deyil saçı-başı ağarmış, illərin təcrübəsini toplayan müəllimlər imtahana getsinlər? Repetitorluqla məşğul olmuram, maaşımdan razıyam. Repetitorluq nə dərəcədə düzgündür? Dərsliklərin vəziyyəti nə dərəcədədir? Bunu bütün Azərbaycan müəllimləri deyir. İdeal olmayan təhsilimizin içində bir müəlimlərmi ideal olmadı? Bizə niyə bu qədər əziyyət verirlər? 45 dəqiqədə bizdən sinif, formativ, elektron jurnalın yazılması, şagirdin gündəliyində qiymətləndirmənin meyarla qeyd edilməsi, həmçinin proqram materalını çatdırmaq tələb olunur. Biz insan deyilik? Mənə bu maraqlıdır. Bu qədər müəllimə zülüm etmək, incitmək olmaz. Müəllimin problemləri ilə maraqlanmırlar, amma bu qədər yükləyirlər. Belə olmaz! Bu yüklənmiş müəllimin hayqırmasıdır. Biz niyə susuruq ki? Sanki bizim hansısa pis işimiz var. Rüşvət almıram, vermirəm, vicdanla dərsimi keçirəm. Xəstə-xəstə işə gedirdim. Siz bilirsiniz ki, sertifikasiya ediləndə, müəllimlərin işinə xitam veriləndə, nə qədər müəllim ayağa qalxacaq, ölkədə nə qədər problemlər yaşanacaq? Nəyə lazımdır? Bəlkə də mən qəbir evinə gedəndə də övladıma deyəcəklər ki, get, imahan ver sonra gəl. Axı bu qədər insanı yükləmək olmaz".

İmtahan verən yaşı olmadığını qeyd edən 54 yaşlı müəllim yorulmadan, normal işləmək istədiyini istəyib:

"İmtahana gedəsi nə vaxtım var, nə səhhətim. 92 yaşlı anam 265 manat pensiya alır, 100 manatı elə dərmanlara gedir. Mənim işimə xitam verilsə, nə edəcəyik? 265 manatla qaz, işıq, su pulu, yeməyi necə çatdıracağıq? Müəllimi bu qədər əzmələri yetər!"

VİDEO BURADA:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.