Yer kürəsi qaynama nöqtəsinə çatıb - Alimlərdən iqlim XƏBƏRDARLIĞI

21-05-2022, 00:03           
Yer kürəsi qaynama nöqtəsinə çatıb -
İsveçin SEİ institutu son elmi tədqiqatının nəticəsi olaraq bəyan edib ki, hazırda Yer kürəsi “qaynama nöqtəsindədir”.
Bakupost.az xəbər verir ki, iqlim krizisi səbəbindən ektremal vəziyyət yaranıb.
İnstitut Energetika qurumu ilə müştərək planetin vəziyyətini analiz edib.
“Bir çox sahələrdə qaynama nöqtəsindəyik. Cənubi Asiyada hava, enerji və yanacağın bahalaşması, ərzaq qıtlığı, müharibə və münaqişələr dünyanı son 50 ilin ən qaynar nöqtəsinə gətirib”, – deyə direktor Persson bildirib.
Alimlər planetin gələcəyi barədə keçiriləcək İsveç masasına hesabat təqdim edib. Onlar gəncliyin krisiz şəraitində həyat tərzini dəyişmələri ilə bağlı forum yaradılmasını, eləcə də bitki, heyvanat aləminin qeydinə qalmağı, qida rasionunu dəyişməyin zəruri olduğunu bildirir.
Bəşəriyyət təcili olaraq quraqlıqla mübarizəyə başlamalıdır. Əgər tədbirlər görülməsə, 700 milyon insan məcburi öz evini, torpağını tərk etməli olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru