Qoruğun kamerası çox nadir görünən heyvanı qeydə aldı - FOTO/VİDEO

21-05-2022, 09:18           
Qoruğun kamerası çox nadir görünən heyvanı qeydə aldı - FOTO/VİDEO
Qazaxıstanda Qərbi Altay qoruğunun kameraları çox nadir görünən heyvanı - gəlinciyi qeydə alıb.

Görüntülər qoruğun “Instagram” hesabında yayımlanıb.

İşçilərin sözlərinə görə, gəlinciklər Altay dağlarının yerli sakinləri olsalar da, nadir hallarda görünür, insanlardan qaçırlar. Buna baxmayaraq, bəzən qoruq əməkdaşlarının nəzərinə çarpırlar. Bu dəfə isə gəlincik videotələyə düşüb.

“Latın dilində “Gulo gulo” adlanan gəlincik dələkimilər ailəsinin yırtıcı məməlisidir. O, “Gulo” cinsinin yeganə nümayəndəsidir (latın dilindən “qarınqulu” kimi tərcümə olunur). Gəlincik çox cəsarətli heyvandır”, - deyə qoruğun işçiləri məlumat veriblər.

Qeyd edək ki, “Marvel” filmlərində “X-man” kainatının ən məşhur və özünə yaxşı ad qazandırmağı bacaran qəhrəmanlarından biri “Volverin” (“Gəlincik”) bu maraqlı heyvanın xüsusiyyətini daşıyıb. Hollivud ulduzu Hyu Cekmanın canlandırdığı obraz uzun müddət milyonlarla insanın qəlbini fəth edib.



Mənbə: Sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru