Bernulli qanunu və ya təyyarələr necə uçur?

23-05-2022, 08:18           
Bernulli qanunu və ya təyyarələr necə uçur?
Yaşadığımız müasir zamanda təyyarələr dünyada ən yayğın şəkildə istifadə edilən nəqliyyat vasitələrindən biridir. Böyük əksəriyyətimiz indiyədək təyyarə ilə harasa uçmuşuq da. Təyyarənin uçmasını quşlarda da olduğu kimi təmin edən hissənin onun qanadı olduğunu da hamımız kobud şəkildə bilirik. Amma canlı quşlardan fərqli olaraq bu metal quşların qanadını çırpma kimi bir xüsusiyyəti yoxdur. Yaxşı bəs qanadlar hansı funksiyası ilə uçuşu təmin edir?

Aşağıdakı 1-ci şəkildə təyyarə qanadının işləmə prinsipini görürsünüz. Qanadlar yarı oval formada istehsal edilir və aşağısı düz yuxarı səthi isə mayili şəkilləndirilir. Bu forma hərəkət zamanı yaranan hava axının yuxarı tərəfdə aşağıya nisbətən daha sürətli olmasına və Bernulli qanununa görə aşağıda daha çox hava təzyiqin yaranması səbəb olur.

Bu qanuna görə hərəkətdə olan maye və qazların təzyiqləri onların sürəti ilə tərs mütənasibdir. Təzyiqlər fərqinə görə yuxarı istiqamətdə yaranan itələyici qüvvə müəyyən bir sürətdə ağırlıq qüvvəsini üstələyir və beləliklə təyyarə yüksəlişə keçir. Qanadlar üzərində olan hərəkət edən müxtəlif kiçik hissələrlə bu nisbət dəyişdirildiyi zaman eniş və ya ya eyni hündürlükdə uçuş təmin edilə bilir.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.