Avtomobillərin mühərrik yağları kəskin bahalaşdı - VİDEO

23-05-2022, 11:08           
Avtomobillərin mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Avtomobillərin mühərrik yağlarının qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir.

Teref.az-ın məlumatına görə, əvvəllər 45-50 manata satılan avtomobillərin mühərrik yağları indi 60-65 manata təkilif olunur.

Sürücülərin sözlərinə görə, bahalaşma bir neçə aydır ki, müşahidə edilir.

Sahibkarlar isə deyirlər ki, qiymət artımı əsasən Avropadan gətirilən yağlarda qeydə alınır.

Yağ satışı ilə məşğul olan Nicat Sultanlı hesab edir ki, qiymətə təsir edən amillər arasında daşıma xərcləri də yer alır.

Sahibkar Əfqan Əsədov hesab edir ki, dünyada neft və neft məhsullarının qiymətində artım müşahidə edilərsə, bahalaşma davam edəcək./Xezerxeber/













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru