Ruslar Ukraynanın “həyat yolu”nu məhv etməyə başlayıb

25-05-2022, 00:02           
Ruslar Ukraynanın “həyat yolu”nu məhv etməyə başlayıb
“Rusiya Ukraynaya gələn siyasətçiləri qorxutmaq üçün dəmiryol stansiyalarına zərbələr endirə bilər”


“Rusiyanın şüursuz hücumlarının ən az hədəfi olan yeganə obyekt müharibədə ukraynalıların xilaskarına çevrilən dəmir yolu infrastrukturu idi. Ancaq mayın əvvəllərindən başlayaraq Ukraynanın dəmir yolu xətləri də Rusiyanın potensial hücum hədəflərindən birinə çevrilib”.

“AzPolitika.info” xəbər verir ki, bunu Britaniyanın “The Economist” nəşri Ukrayna dəmiryollarına aid hazırladığı materialda bildirib.

Həmin yazıda dəmir yolu nəqliyyatının Ukrayna üçün nə qədər həyati əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb: “Analitiklər hesab edirlər ki, Rusiya gələcəkdə bu infrastrukturdan öz ordusunun faydalanacağını ehtimal edərək, dəmir yolu xətlərinə hücumlar etmirdi. Lakin müharibədəki uğursuzluqlarla bərabər, bu infrastrukturdan istifadə edə bilməyəcəyini anlayan ruslar, indi şüursuz şəkildə Ukraynanın dəmir yolu xətlərinə hücumlar etməyə başlayıblar.

Təxminən iyirmi iki min kilometr uzunluğunda olan dəmir yolu xətti Ukrayna üçün böyük strateji önəm kəsb edir. Müharibədə dönüş nöqtəsi yaradan Qərb silahları bu dəmir yolları vasitəsilə Ukrayna ərazisində daşınır. Qatarlar mülki şəxslərin Ukraynadan təxliyyə olunmasında, yaralıların xəstəxanalara köçürülməsində böyük əhəmiyyət kəsb edir. Ukrayna həmçinin Rusiyanın Qara dəniz limanlarının blokadasından yan keçmək üçün dəmir yolundan istifadə etməyə çalışır.
Ətraflı

Ekspertlər hesab edirlər ki, Rusiyanın daxildə dəmir yolundan asılılığı onun Ukrayna infrastrukturuna hücum etməkdə tərəddüd etməsinə səbəb olub.

Londondakı Kral Birləşmiş Xidmətlər İnstitutundan Emili Ferris deyir: “Rusiya qısa zamanda Ukrayna ərazisini ələ keçirərək, dəmir yolu nəqliyyatından özü faydalanmaq istəyirdi. Çünki bir ölkəni idarə etmək istəyirsənsə, onun streteji yollarını əlində saxlamalısan”.

Rusiyanın bu səhv addımı Ukraynanın müqavimət qabiliyyətini bir qədər də gücləndirib. Hazırda Ukraynada dəmir yolu xətləri əvvəlki fəaliyyətini davam etdirir və hər gün müxtəlif istiqamətlərdə daşımalar həyata keçirilir.

Bu vəziyyətdən narahat olan Rusiya Ukraynaya dəmir yolu ilə daxil olan Qərb silahlarının qanuni hədəfə çevrildiyi barədə xəbərdarlıq edib. Analitiklər hesab edirlər ki, Rusiya növbəti həftələrdə Ukraynaya səfər edən siyasətçiləri qorxutmaq üçün Polşa sərhədinə yaxın yerləşən dəmiryol stansiyalarına hava zərbələri endirə bilər. Ancaq bu cür hücumların gündəlik 200 min sərnişinin istifadə etdiyi dəmir yolu nəqliyyatından istifadəni məhdudlaşdırmayacağı qeyd olunur”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.