Meymunçiçəyinin dərmanı tapıldı

25-05-2022, 12:53           
Meymunçiçəyinin dərmanı tapıldı
Britaniyalı həkimlər meymunçiçəyinin müalicəsi üçün dərman tapıblar.

Teref.az yazdığına görə, Lent.az xəbər verir ki, bu barədə məlumat “Lancet” tibbi jurnalında dərc olunub.

Bildirildiyinə görə, İngiltərənin Liverpul Universitetinin tədqiqatçısı Hugh Adler 2018-2021-ci illər arasında baş vermiş meymunçiçəyinə yoluxma ilə bağlı 7 hadisəni araşdırıb.

Araşdırma zamanı müəyyən ediblər ki, xəstəliyin müalicəsində “antiviral”, “brincidofovir” və “tecomvirimat” dərmanlarından istifadə etmək mümkündür.

Qeyd edək ki, bu dərmanlar əvvəllər suçiçəyi əleyhinə hazırlanıb. Hazırda onların meymunçiçəyi virusuna qarşı da effektiv olduğu təsdiqlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru