Səddam Hüseyn döyüş təyyarələrini niyə "dəfn etdi"?- Uzun illər sonra açılan sirr

26-05-2022, 10:18           
Səddam Hüseyn döyüş təyyarələrini niyə "dəfn etdi"?-
İraqda Səddam Hüseyn hakimiyyətinə son qoyulsa da, müzakirələr hələ davam edir. Dünyanın hərbi ekspertləri bu ölkədə döyüş aviasiyasının lazımi səviyyədə olduğunu deyirdi. Lakin amerikalılar İraqa girəndə səmada bircə döyüş aviasiyası belə onları qarşılamadı. İraq ordusunun aviasiyaları hara yox olmuşdu?

Teref.az-ın yazdığna görə, Cebhe.info xəbər verir ki, ABŞ hərbi qüvvələri İraqın içərilərinə doğru hərəkət edərkən, təəccüblü bir məsələyə şahid oldular. Bütün İraq təyyarələri səhrada quma basdırılmışdı. Belə çıxır ki, İraq ordusunun rəhbərliyi təcavüzü havadan dəf etmək əvəzinə, sadəcə olaraq, təyyarələri gizlətməyə üstünlük verib. Hərbçilər sadəcə olaraq təyyarələrin qanadlarını çıxarıb aviabazaların yaxınlığında “basdırmışdılar”. Ortaya aktual sual çıxırdı.

Səddam Hüseyn öz pilotlarına və onların texnikasına ümid etmirdi, yoxsa amerikalıların hücumu zamanı onların üzərində hesab getməmişdi?

İraq rəhbərinin nə düşündüyünü anlamaq üçün bu ölkənin tarixinə müraciət etmək lazımdır. “Səhra fırtınası” əməliyyatı zamanı Səddamın Hüseynin ordusunda Sovet İttifaqı tərəfindən təchiz edilmiş üç yüzdən çox təyyarə vardı. Ancaq onlardan yalnız əlliyə yaxını qalmışdı, çünki qalanları axmaqlıq səbəbindən itirilmişdi. İraq hərbi münaqişə müddətində İrandan onun döyüş təyyarələrini saxlamasını istəmişdi. Nəticədə 250 təyyarə qonşu ölkənin aerodromlarına uçmuşdu. Döyüş əməliyyatları başa çatdıqdan sonra iranlılar təyyarəli iraqlılara qaytarmaqdan qəti şəkildə imtina etmişdilər.

Çox güman ki, Səddam Hüseyn bu kədərli əhvalatı unuda bilməyib və əvvəlcədən öz pilotlarına arxalanmayıb. Bundan əlavə, Səddam qabaqcadan görürdü ki, onun təyyarələri o vaxt dünyanın ən yaxşı təyyarələrindən biri hesab edilən Amerika “F-22”-si ilə səmada rəqabət apara bilməyəcək. Bu isə növbəti dəfə məğlubiyyət deməkdir.

Beləliklə, öz Hərbi Hava Qüvvələrinin gələcək taleyini düşünən Səddam Hüseyn təyyarələri birtəhər xilas etmək üçün onları “dəfn etməyi” üstün tutdu. Görünür, fürsət yaranan kimi təyyaləri düşmənlərin qarşısına çıxartmaq üçün ən yaxşı yol bu imiş…












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.