Ukraynadakı müharibə qlobal resessiyaya səbəb ola bilər

26-05-2022, 11:55           
Ukraynadakı müharibə qlobal resessiyaya səbəb ola bilər
Rusiya-Ukrayna müharibəsi və onun ərzaq və enerji qiymətlərinə, eləcə də gübrələrə təsiri qlobal resessiyaya səbəb ola bilər.

Axar.az xəbər verir ki, bunu Dünya Bankının prezidenti Devid Malpass deyib.

“Qlobal ÜDM-yə baxsaq, indi tənəzzüldən necə qaça biləcəyimizi anlamaq çətindir”, - Malpass bildirib.

O qeyd edib ki, Ukrayna və Rusiya iqtisadiyyatında əhəmiyyətli daralma müşahidə olunacaq, Avropa, Çin və ABŞ-da isə artım yavaşlayacaq:

“İnkişaf etməkdə olan ölkələr gübrə, qida təchizatı və enerji çatışmazlığından daha çox zərər çəkib. Enerji qiymətlərinin ikiqat artırılması tənəzzül üçün kifayətdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru