“Turan”dan İran xəbərinə dəqiqləşdirmə

26-05-2022, 17:09           
“Turan”dan İran xəbərinə dəqiqləşdirmə
Mayın 20-də “Turan” İnformasiya Agentliyi "İran Prezidenti Şahin Mustafayevə ağıl öyədir” başlıqlı məlumat dərc edib.

Məlumat İRNA agentliyinin xəbərinə əsasən yazılıb. Xəbərdə deyilir:

"Rəisi bildirib ki, Birləşmiş Ştatlar və sionist rejimi dünya və region ölkələrilə maraqlanmırlar: “Qonşu ölkələr, xüsusilə də İran və Azərbaycan arasında qarşılıqlı maraqlara əsaslanan konstruktiv münasibətlərin mövcudluğu regional təhlükəsizliyin qorunub saxlanmasının və möhkəmləndirilməsinin ən effektiv amilidir".

“Turan” daha sonra xəbərə aydınlıq gətirib:

“Biz bu fikri sitat formasında deyil, aşağıdakı şəkildə öz qiymətləndirməmiz kimi çatdırdıq:

“İran prezidentinin sözlərinə görə, Azərbaycanın təhlükəsizliyi digər dövlətlərdən daha çox İrandan asılıdır”.

Bu cür təfsir deyilənlərin mahiyyətini təhrif etmir, bununla belə, bu, İranın Bakıdakı səfirliyinin narazılığına səbəb olub və bildirib ki, İRNA-nın məlumatında belə fraza yoxdur və biz İran rəhbərinin dediklərini təhrif etmişik.

Təkrar edirik ki, bu cümlə sitat deyil, material müəllifinin şərhidir ki, onunla razılaşmaq da olar, razılaşmamaq da”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.