Rəhbərlikdə yemək yeyənlər azdır, dieta saxlayırlar - Xəzər Universitetindən daha bir açıqlama – VİDEO

27-05-2022, 08:41           
Rəhbərlikdə yemək yeyənlər azdır, dieta saxlayırlar -
"Tələbə universitetə kənardan qida gətirə bilməz. Əgər gətirərsə, töhmət alacaq". "Xəzər" Universitetinin bufetinə vurulan bu elan qısa müddət ərzində əksər sosial şəbəkələr və saytlarda paylaşılaraq, insanların müzakirə obyektinə çevrildi. Böyük əksəriyyət belə bir elan üçün müdiriyyəti qınayaraq, tələbəyə bu cür şərt qoyulmasını düzgün hesab etmədi. Əməkdaşlarımız sözügedən universitetə yollanıb,məsələyə rəhbərliklə birgə aydınlıq gətiriblər.

"Hörmətli tələbələr, kənardan yemək gətirmək qəti qadağandır. Əks halda siz töhmət alacaqsınız". Müdiriyyət adından verilən bu elan "Xəzər" Universitetinin bufetinə yapışdırılıb.
Sosial şəbəkələrdə paylaşılan və əksər insanların qınağına səbəb olan elanın nə dərəcədə real olduğunu öyrənmək üçün yollandıq sözügedən universitetə.
Universitetin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli deyir ki, elan oraya yeməkxana müdiri tərəfindən asılıb. Və bu barədə rəhbərliyin heç bir məlumatı olmayıb.
Əlövsət Əliyev deyir ki, yeməkxana müdiri səlahiyyətlərini aşaraq, belə bir addım atıb.
Tələbələrin bəziləri elanın yığışdırılması barədə məlumatlı olsalar da, bir qismi xəbəri ilk bizdən eşitdi.

Əlövsət Əliyev onu da bildirdi ki, yeməkxana müdiri ilə bağlı cəza tədbiri görüləcək.

pravda.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.