“Cülyettanın dədəsi Akopda pul varıydı?!” – Vilyam Hacıyevin həyat yoldaşı haqda şok açıqlama

27-05-2022, 22:02           
“Cülyettanın dədəsi Akopda pul varıydı?!” – Vilyam Hacıyevin həyat yoldaşı haqda şok açıqlama
İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin məhkəmədə “Otağımda aşkarlanan 6 milyon arvadımın babasından miras qalmışdı” – deməsi böyük müzakirələrə səbəb olub. Teref.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Müasir Müsavat Partiyasının rəhbəri, V. Hacıyevin əmisi oğlu Hafiz Hacıyev vəzifəsindən sui-istifadə edənlərin hər zaman bu cür bəhanələr gətirdiyini deyib:

“Vallah, bilmirəm onun arvadının babası kim olub, amma məndə olan məlumata görə, Ramiz Mehdiyevin arvadı ilə simsar idi.

Yadınıza gəlirsə, Eldar Mahmudov da deyirdi ki, bu pullar mənə babamdan qalıb. Sovet hökuməti dağılanda heç kimdə pul qalmazdı. Adi bir mebel alanda da gərək rayon partiya komitələrinin razılığı ilə alınaydı. Bu gün oğruların hamısı belə deyir ki, pul mənə filankəsdən qalmışdı...”

Partiya sədri Vilyam Hacıyevi dəfələrlə tənbehlədiyini, lakin onun buna məhəl qoymadığını bildirib:

“Allah Vilyam Hacıyevin də qapısını açsın, istərdim ki, tez çıxsın. Əgər zamanında məni eşitsəydi, sözümə baxsaydı, bu gün ora düşməzdi. Onu birinci dəfə mən Xanlar Rayon İcra Hakimiyyətinə başçı qoydurmuşam.

Demişəm ki, get, cənab Prezidentin tapşırıqlarını yerinə yetir, xalqa xidmət et, deməmişəm ki, cülyettalara, qrettalara xidmət et! O da vaxtilə getdi Ramiz Mehdiyevin qucağında oturdu, başqa yerlərə getdi, aqibəti də bu cür oldu. İndi mənim də ürəyim ağrıyır ki, Vilyam niyə həbsxanadadır, vaxtında tövsiyə etdiyim kadr belə bir vəziyyətə düşdü. İndi səhv yoldadır, Cülyettadan da, Qrettadan da qaldı...

Cülyettanın dədəsi Akop kişidə pul varıydı?! Belə şeylər mənasız söhbətlərdir. Hər halda ölkə Prezidentin mərhəmətinə sığınmalıdırlar. Belə vəziyyətdə ölkə Prezidentinə yalvarsa, yapışsa, həqiqəti ortaya qoysa, daha yaxşı olar, nəinki çıxıb “Pul filankəsdən qalmışdı” deməyi.

Məndə elə bir məlumat yoxdur ki, Vilyam Hacıyevin arvadının dədəsi Akop kişidən ya Levon kişidən onlara nəsə qalıb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.