Əfvlə azadlığa çıxan Saleh Rustəmli Moskvada sərbəst buraxıldı?- Vəkil açıqladı

29-05-2022, 10:41           
Əfvlə azadlığa çıxan Saleh Rustəmli Moskvada sərbəst buraxıldı?-
Xəbər verdiymiz kimi, Gədəbəyin əfv sərəncamı ilə azadlığa buraxılan sabiq icra başçısı Saleh Rüstəmli Azərbaycanı tərk edib. Ancaq dünən gecə o, getdiyi Rusiyada, Moskvadakı hava limanında saxlanılıb.

Teref.az-ın yazdığına görə, Cebhe.info xəbər verir ki, Saleh Rüstəmlinin dostu və vəkili Bəhruz Bayramov artıq onun sərbəst buraxıldığını bildirib. Vəkil bildirib ki, araşdırmalardan sonra S.Rüstəmli sərbəst buraxılıb.

Xatırladaq ki, o, həbs olunanadək Rusiyada yaşayıb. O, 2018-ci ildə Bakıya gəldikdə həbs olunmuşdu.

S.Rüstəmli Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

S.Rüstəmli 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub. O zaman onun rəhbərliyi altında Gədəbəydəki Başkənd erməni işğalçılarından təmizlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru