Suçiçəyi bildiyimiz virus meymunçiçəyi ola bilərmi? - Professordan cavab - VİDEO

15-06-2022, 10:29           
Suçiçəyi bildiyimiz virus meymunçiçəyi ola bilərmi? -
Son vaxtlar xüsusilə uşaqlar arasında suçiçəyi virusu geniş yayılıb. Bu isə bəzi insanlarda çaşqınlıq yaradıb. Çünki "səpkilər meymunçiçəyinə aid ola bilərmi" sualı son günlər sosial şəbəkələrin geniş müzakirə mövzusuna çevrilib.

Pravda.az-ın məlumatına görə, mövzuya münasibət bildirən professor Adil Qeybulla deyib ki, meymunçiçəyinin ölkəmizdə də aşkarlanması gözləniləndir. Çünki qonşu dövlətlərdə də bu virusa rast gəlinib. O ki qaldı hazırda müşahidə olunan səpkilərin suçiçəyi və ya meymunçiəyinə aid olmasına, bunu yalnız laborator analizlər vasitəsilə müəyyən etmək olar. Onun sözlərinə görə, ölkəmizdə indiyədək meymunçiçəyi xəstəliyinə rast gəlinməyib.

Professor deyib ki, təbii çiçəyə görə peyvənd olunanlar meymunçiçəyi xəstəliyinə qarşı daha dözümlüdür. Yənu bu insanlar virusa yoluxsa belə yüngül keçirir. Bu isə ölkəmizdə yalnız 42 yaşdan yuxarı insanlara aiddir.

Adil Qeybulla suçiçəyi və meymunçiçəyi arasındakı fərqə də diqqət çəkib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.