Koronavirusun uzun sürən təsirlərindən qadınlar daha çox əziyyət çəkirlər

22-06-2022, 11:26           
Koronavirusun uzun sürən təsirlərindən qadınlar daha çox əziyyət çəkirlər
Koronavirusun uzun sürən təsirlərindən qadınlar kişilərə nisbətən daha çox əziyyət çəkirlər.

Bunu ABŞ-ın “Johnson&Johnson” şirkətinin tibbi tədqiqatçıları müəyyən ediblər.

Tədqiqat zamanı COVID-19-a yoluxan təxminən 1,3 milyon xəstənin tibbi məlumatları təhlil edilib.

Xəstəliyin gedişi uzun sürən qadınlarda nevroloji, revmatoloji və mədə-bağırsaq pozğunluqları yaranıb, yorğunluq və əhval-ruhiyyənin pozulması müşahidə olunub, bundan başqa, onlar qulaq, burun və boğazda problemlərdən şikayət ediblər.

Kişilərdə isə endokrin sisteminin pozğunluqları (məsələn, şəkərli diabet) və böyrəklərin zədələnməsi müşahidə olunub.

Alimlərin sözlərinə görə, qadınlarda və kişilərdə immun sisteminin fəaliyyətindəki fərqlər COVID-19-un uzunmüddətli təsirində mühüm amil ola bilər. Qadınlar daha sürətli, daha güclü fitri və adaptiv immun reaksiyalara malikdirlər, bu onları ilkin infeksiyadan qoruyur, xəstəliyin şiddətini azaldır. Lakin məhz elə bu fərq qadınları uzunmüddətli autoimmün zədələrə daha həssas edə bilər.

Elm adamları həm COVID-19 xəstələrinin müalicəsində, həm də tədqiqatlarda cinsiyyət fərqlərini nəzərə almağı tövsiyə edirlər.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru