Suriyada 60000 rus qoşunu var?
25-06-2022, 11:38
![Suriyada 60000 rus qoşunu var?](/uploads/posts/2022-06/1656142689_1.jpg)
Rusiyanın “Moskva Tayms” nəşri mayın 7-də yazıb ki, Rusiya hərbi qüvvələrini Suriyadan çıxarmağa başlayıb və onları Ukrayna cəbhəsinə köçürmək istəyir. Nəşr qeyd edir ki, Rusiya Federasiyasının tərk edilmiş aviabazaları İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və “Hizbullah” qruplaşmasına verilib. Nəşr bildirir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 2015-18-ci illərdə Suriyada 63 min rus hərbi qulluqçu yerləşdirilib ki, onların demək olar ki, yarısı zabitlərdir.
Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu məsələ ilə bağlı ekspertlərlə danışıb. Rusiya məsələləri üzrə ekspert Rayed Cabr Enab Baladi Suriyada 63 min rus əsgərinin olması barədə xəbərləri şübhə altına alıb.
O, bu rəqəmin Rusiyanın əməliyyatları və itkiləri, Rusiya hərbi doktrinasına uyğun olmadığını bildirir.
Cabr izah edib ki, Rusiyada mətbuatın ciddi nəzarət altında olması hərbi səviyyədə dəqiq rəqəmlərə çatmaq imkanlarına mane olur. O qeyd edib ki, 60 min və ya daha böyük rəqəmlər təkcə Suriyada döyüşən Rusiya ordusu qüvvələri ilə məhdudlaşmır. Xmeymim bazasında yerləşən hərbi qüvvələr də daxil olmaqla, başqa qruplar da var. Bu qüvvələrin çoxunun missiyaları hərbi deyil və onların vəzifələri Aralıq dənizində monitorinq və təqib əməliyyatları ilə bağlıdır.
“Suriyada funksiyaları fərqli olan hərbi polislə yanaşı, bir hissəsi digər qeyri-döyüş tapşırıqlarını yerinə yetirən dəniz və quru qüvvələri var. Həmçinin Suriyanın müxtəlif bölgələrdə ölkə rəhbərliyi ilə ünsiyyət və planlaşdırmanı təmin etmək üçün çoxlu ekspert və məsləhətçilər fəaliyyət göstərir”, - deyə o qeyd edib.