Dünyanın ən varlı adamının oğlu niyə "qız" oldu?..

27-06-2022, 10:30           
Dünyanın ən varlı adamının oğlu niyə "qız" oldu?..
İlon Maskın oğlu rəsmi olaraq cinsiyyətini dəyişdirib. Los-Anceles Ali Məhkəməsi Tesla və SpaceX-in qurucusu olan, İlon Maskın 18 yaşlı oğlunun cinsini və adının dəyişdirilməsi tələbini təmin edib.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məhkəmə sənədlərinə istinadən "tabloid TMZ" məlumat yayıb. Belə ki, Xavier Musk indi Vivien Uilson olaraq yaşayacaq. Yeniyetmə anasının qızlıq soyadını götürmək qərarına gəlib. Nəşrin məlumatına görə, hazırda 216 milyard dollar sərvətlə planetin ən varlı adamı olan Maskın övladı tezliklə yeni doğum şəhadətnaməsi alacaq.

Qeyd edək ki, Vivien hələ Xavier ikən, bioloji atası ilə yaşamdığını və onunla heç bir formada münasibət qurmaq istəmədiyini deyirdi. Xavierin cinsiyyət dəyişikliyi və adının dəyişdirilməsi ilə bağlı qanuni tələbi ilə bağlı xəbərlər internetdə yayılanda, Maskın keçmiş həyat yoldaşı Kastina Uilson övladı ilə fəxr etdiyi barədə paylaşım etmişdi.

Xatırladaq ki, İlon Mask 2000-ci ildə yazıçı Kastina Uilson ilə ailə həyatı qurub. Evlilikdən 2 il sonra Nevada adlı bir oğlu dünyaya gəlib. 10 gün sonra o “qəfil körpə ölümü sindromundan” dünyasını dəyişib. 2004-cü ildə qadın əkiz Xavier və Qriffin, 2006-cı ildə isə üçəmlər Damian, Kai və Saksonu dünyaya gətirib.

“The Secret” xəbər verir ki, Maskın övladı hələ də dünyanın ən zəngin adamı kimi tanınan atasından pul alıb-almadığı barədə məlumat verməyib. "Daily Mail" jurnalistləri bu qərarın Maskın 18 yaşından sonra uşaqlarını təmin etməkdən imtina etməsi səbəbindən verilə biləcəyini düşünür.

Qeyd edək ki, Mask dəfələrlə qeyri-ənənəvi cinsi oriyentasiyanı tənqid edən açıqlamaları ilə sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. O, məktəblilərlə cinsi kimliyin müzakirəsini, xüsusən də qeyri-ənənəvi cinsi kimliklər barədə məlumatları qadağan edən qanun layihəsi təklif edən Florida qubernatoru Ron DeSantisin siyasətini dəstəklədiyini etiraf edib. Mask cins dəyişikliyi və bu mövzuda hər şeyə tənqidi yanaşır.

İlahin, Bizimyol.info



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.