Bakıda satılan 18 milyonluq otelin saxta - FOTOLARI

27-06-2022, 19:30           
Bakıda satılan 18 milyonluq otelin saxta - FOTOLARI
Bakıda yerləşən otellərdən biri 18 milyon manata satışa çıxarılıb.
Teref.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu barədə elan daşınmaz əmlakın alqı-satqısı üzrə ixtisaslaşan məşhur “bina.az” saytında yerləşdirilib.
Maraqlıdır ki, satış elanına otelin fotolarını yerləşdirmək əvəzinə Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən 4 ulduzlu “Brosko” otelin fotoları yerləşdirilib. Üstəlik, “bina.az” saytına yerləşdirilən fotodan “Brosko” sözü silinib.
Məlumat üçün bildirək ki, elanı “bina.az” saytına Gündüz Seyidov adlı şəxs (vasitəçi) yerləşdirib. Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Gündüz Seyidov bildirdi ki, otelin sahibi elana fotoların yerləşdirilməsini istəmədiyi üçün onlar başqa otelin fotolarından istifadə ediblər.
Gündüz Seyidovdan belə bir halın müştərilərdə çaşqınlıq yaradıb-yaratmayacağını soruşduğumuzda isə bildirdi ki, müştərilər elandakı şəkillərə baxanda biləcəklər ki, bu satışa çıxarılan otel deyil. Amma, həmsöhbətimiz müştərilərin bunu necə başa düşəcəklərini izah etmədi.
Elana yerləşdirilən fotodan “Brosko” sözünün silinməsi də onu göstərir ki, məqsəd fotonun hansı otelə məxsus olduğunu gizlətməkdən ibarətdir.
Onu da bildirək ki, elanda “e-mail”i əlaqəsi üçün Fərid Cahangirova məxsus [email protected] ünvanı qoyulub. Həmin elan “Brosko” otelin dəyişdirilmiş fotosu ilə Fərid Cahangirov tərəfindən də sosial şəbəkələrdə dəfələrlə paylaşılıb.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.