İrandan Azərbaycana səfər edənlərin sayı 77 faiz artıb
28-06-2022, 08:39
İrandan Azərbaycana səfər edənlərin sayı 77 faiz artıb. Bu barədə “Report”a Dövlət Turizm Agentliyindən bildirilib.
Məlumata görə, cari ilin 5 ayı ərzində İran İslam Respublikasından Azərbaycana səfər edənlərin sayı 64 833 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 77 % artım deməkdir.