Ən çox “Bayraqdar” alan ölkələr: Bakıda neçəsi var?

28-06-2022, 09:27           
Ən çox “Bayraqdar” alan ölkələr: Bakıda neçəsi var?
Türkiyənin Bayraqdar” PUA-larının hansı ölkələrə neçə ədəd ixrac olunduğu məlum olub.

Axar.az xəbər verir ki, ümumilikdə 100-dən çox pilotsuz uçuş aparatının 22 ölkəyə təhvil verildiyi bildirilib.

Türkiyə mediasında yayılan məlumata əsasən, Azərbaycana ən azı 6 PUA-nın ixrac edildiyi bildirilsə də, bu sayın dəqiq olmadığı vurğulanıb.

Qətərə 6 “Bayraqdar” təhvil verilib, Ukrayna 12-ni alıb, 24-nü isə sifariş edib.

Mərakeşə 13, Nigerə 2 (daha 6 sifariş hazırlanır – red.) ədəd ixrac edilibsə, Polşa da 24 ədəd sifariş edib. Litva isə 1 “Bayraqdar TB” PUA-sını Ukraynaya göndərmək üçün alıb.

Liviya, Türkmənistan, Qırğızıstan, Efiopiya, Pakistan, Tacikistan, Əlcəzair, Somali, İraq və Cibutiyə neçə ədəd ixrac edildiyi məlum deyil.

Bundan əlavə, daha ən azı 5 ölkəyə “Bayraqdar”ın ixrac edildiyi bildirilsə də, sözügedən ölkələrin adları açıqlanmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.