Ginekoloq özünü binadan niyə atıb: “Əri içib, ona şəkil atıb ki..." - Həkimlər nələr danışdı?

28-06-2022, 17:47           
Ginekoloq özünü binadan niyə atıb: “Əri içib, ona şəkil atıb ki..." -
Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur.

Məlumata görə, ginekoloq özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atıb.

Teref.az xəbər verir ki, intiharın səbəbləri ilə bağlı Cebhe.info-ya Xalidə Kəngərlinin həkim yoldaşları yeni məlumatlar veriblər.

Cərrah Rəşid Əliyevin sözlərinə görə, mərhum həkim yoldaşı pozitiv insan olub, kiminləsə intriqası olmayıb:

"Hamıyla mehriban olub. Bu dəqiqə bütün klinikadakılar kədərlidir. Həkimlər mat qalıb ki, bu necə olan bir işdir".

Rəşid həkim Xalidə Kəngərlinin uzun çəkən ailə problemlərinin olduğunu, həyat yoldaşı ilə boşanmaq ərəfəsində olduqlarını deyib:

"Həmin gün həyat yoldaşı içib ona şəkil atıb. Sonra da deyib ki, evdəyəm, səni gözləyirəm. Xalidə evə gedəndən 1-2 saat sonra bu xəbər gəldi".

Digər həkim yoldaşı Ləman Əsgərova Xalidə Kəngərlinin psixoloji cəhətdən tam sağlam olduğunu bildirib: "Mən iki ay idi onu tanıyırdım. Pozitiv insan idi, ailəsin sevən biri idi. Ailə münaqişəsi olub".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru