DGK-nın mətbuat xidməti varmı? - Ünvanlanan suallar cavabsız qalır

28-06-2022, 18:16           
DGK-nın mətbuat xidməti varmı? -
Son illər sosial şəbəkələr vətəndaşlarla dövlət qurumları arasında məlumat mübadiləsi prosessinin əsas hissəsinə çevirilib.

Bu gün demək olar ki, bütün rəsmi qurumların "Facebook" səhifələri mövcuddur və onların səmərəli fəaliyyəti üçün işçilər ayrılıb. Bu işə nəzarət qurumların İçtimaiyyətlə əlaqələr sektorlarına, Mətbuat xidmətlərinə həvalə olunub.

Lakin nazirliklər, Komitələr, Publik Hüquqi Şəxslər, icra hakimiyyətləri, dövlət idarə və müəssisələri bu şəbəkələrdən necə yararlanır və məlumat mübadiləsi, sorgu, sual-cavab prosessində necə iştirak edir sualları hələ də movcuddur.

Rəsmi qurumlar əsasən "Facebook" sosial şəbəkəsindən necə yararlanır?

Bizimxeber.az bildirir ki, kiçik bir araşdırma zamanı bəlli olur ki, əksər qurumlar bu fəaliyyətə ciddi önəm vermir. 50-100 nəfərin olduğu səhifələrə aylarla heç bir məlumat qoyulmur, suallar və sorğulara ümumiyyətlə, cavab verilmir.

Əksəriyyətində, əsasən icra hakimiyyətlərinin səhifələrində yalnız ayda ildə bir dəfə yüklənmiş məlumatlara rast gəlinir.

Amma operativ fəaliyyət gösrətən səhifələr də mövcuddur. Bəzi icra hakimiyyətləri, sosial layihələri icra edən qurumlarda isə səhifə yenilənmələri, suala cavabların verilməsi, səmərəlilik konkret hiss olunur və daha çox effektlidir. Bu hal özü-özlüyündə vətəndaşla qurum arasında olan münasibətlərin asanlaşdırılmasına xidmət edir.

Amma və lakin daha çox suallar yaranan sahələr var ki, buna nəzarət edək Komitə və qurumların sosial səhifələrinin işi başa düşülmür. Yaranan suallara nə mətbuat xidmətlərindən cavab almaq olur, nə də sosial şəbəkələrdəki səhifələrdən.

Məsələn, Dövlət Gömrük Komitəsinin "Facebook" səhifəsi kimi...

Bu gün minlərlə narazı sahibkarın, iş adamının çoxsaylı sualı var ki, nə Komitədən, nə də sosial şəbəkədən cavab ala bilmir.

DGK-nın (+99) 412 404-22-00 nömrəsini yığsan operator 195 Çağrı Mərkəzi ilə əlaqə saxlamağınızı xahiş edir. Çağrı mərkəzi isə sizi heç bir rəsmi şəxsə yönləndirmir, sadəcə problemi dinləyir. İçtimaiyyətlə Əlaqələr Sektorunun nə rəhbərini, nə də işçisini tapıb suallarına cavab ala bilmirsən...

Həmçinin qaranlıq qalan hansısa sualına cavab almaq üçün qurumun "facebook" səhifəsinə yazırsan, cavab yoxdur. Dövlət Gömrük Komitəsi məxfi qurum deyil, odur ki, Komitə vətəndaşlara açıq olmalıdır, sualları cavablandırmalıdır, problemi dinləyib araşdırmalıdır və sairə.

Görünür bu sahə ilə məşğul olanlar necə işləməli olduqlarını bilmirlər, ya da unudublar. Unudublar ki, sosial şəbəkədə olan səhifələr məlumatlandırmaqla yanası, həm də sorğu, sual-cavablar üçündür. Rəsmi xəbərləri yaymaq üçün qurumun rəsmi saytı mövcuddur.

Qeyd edək ki, Azərbaycanda "Facebook" səhifəsini düzgün idarə etməyən yüzlərlə rəsmi qurum mövcuddur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.