İntihardan sonra həkimin qardaşları ərini döydü – YENİ DETALLAR

28-06-2022, 19:45           
İntihardan sonra həkimin qardaşları ərini döydü – YENİ DETALLAR
Bakıda özünü yaşadığı binanın 11-ci mərtəbəsindən ataraq öldürən tanınmış həkim Xalidə Kəngərlinin intiharı barədə yeni detallar məlum olub.

Teref.az Oxu.az-a istinadən xəbər verir ki, ginekoloq-həkim X.Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub. O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.

X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.

Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.

Həkim bu gün dəfn olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru