Onlar ukraynalılara işgəncə edib, güllələmək əmri veriblər: İki rus komandirinin şəxsiyyəti müəyyən edildi

29-06-2022, 00:00           
Onlar ukraynalılara işgəncə edib, güllələmək əmri veriblər: İki rus komandirinin şəxsiyyəti müəyyən edildi
Ukrayna Təhlükəsizlik Xidməti Kiyev vilayətində mülki əhaliyə atəş açmaq əmri verən iki rus komandirinin kimliyini müəyyən edib.

Söhbət batalyon komandiri mayor Maksim Krasnoşekov və rota komandirinin müavini mayor Aleksandr Vasilyevdən gedir.
"Onlar Kiyev vilayətinin Peremoqa kəndinin müvəqqəti işğalı zamanı düşmənin motoatıcı bölmələrinin hərəkətlərinə rəhbərlik ediblər. İşğalçılar yerli sakinləri zorla binaların birində saxlayıb və onlara işgəncə veriblər", - məlumatda deyilir.

Qeyd olunur ki, hər iki komandir ukraynalıları şəxsən dindirərək, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və “Teroborona”nın üzvləri haqqında məlumat almağa çalışıb.

Sonda tabeliyində olanlara əmr veriblər ki, hərbi cinayəti gizlətmək üçün insanları düz işgəncə yerində avtomatla güllələsinlər, meyitlərlə birlikdə binanı partlatsınlar.

Hazırda mayorlar Krasnoşçekov və Vasilyev qanunla nəzərdə tutulmuş hərbi cinayətləri törətməkdə şübhəli bilinirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.