Talışların əcdadları haqda araşdırmaçılar...- ARAŞDIRMA

29-06-2022, 09:18           
Talışların əcdadları haqda araşdırmaçılar...- ARAŞDIRMA
Talışların əcdadı və irandilli tayfa kimi qəbul etdirilməyə çalışılan “kadusilər” (qədim yunanca: Καδούσιοι) hunların bir qolu olan abdallar/ağ hunlar, yəni #türklər imiş.
Sovet arxeoloqu, tarix elmləri doktoru və professor Aleksandr Natanoviç Bernştam (rus. Александр Натанович Бернштам; d. 1910 – ö. 1956) “Hunların tarixinin oçerki” (rus. Очерк истории гуннов; Leninqrad/Sankt–Peterburq, 1951) adlı kitabında yazır:

Sitatın rusca əsli:
Племена эфталитов отмечаются в Средней Азии, главным образом в Закаспии и в верховьях Аму–дарьи, арабо и персоязычными авторами под именем хайтал (Табари, Масуди, Фердоуси и др.). Неоднократно упоминают эфталитов и армянские историки, транскрибируя их название идалян, идал или хайтал. У Вардапета есть термин хайлан тюрк. Лазарь Парпский (конец V в.) употребляет для их обозначения термин Хептал; Михаил Сирийский (IX в.) — тедал и тедалтзи. Маркварт отметил также армянский термин Катиск — кадусии, как одно из названий эфталитов.
Sitatın Azərbaycan türkcəsinə tərcüməsi:
Ərəb və fars dilli müəlliflər (Təbəri, Məsudi, Firdovsi və digərləri) eftalitlərin tayfalarını Orta Asiyada, başlıca olaraq Xəzərarxası və Amudəryanın yuxarı axarında “xaytal” adı altında qeyd edirlər. Erməni tarixçiləri də adlarını “idalyan”, “idal” və ya “xaytal” kimi traskripsiya etdikləri eftalitlərdən dəfələrlə bəhs edirlər. Vardapetdə “xaylan türk” termini var. Lazar Parpskiy (V əsrin sonu) onların adlandırılması üçün “Xeptal” terminini istifadə edir; Mixail Siriyskiy (IX əsr) isə “tedal” və “tedaltzi”. Markvart eftaliltlərin adlarından biri kimi erməni termini Katisk — kadusiləri də qeyd edib.
--------------------------------------
Qeydlər:
1) “Oçerk” epik növün janrıdır, faktiki həyat materialı, sənədlilik əsasında yazılır və həcm etibarilə hekayəyə yaxındır.
2) A. N. Bernştamın adını "Markvart" olaraq zikr etdiyi şəxs alman əsilli şərqşünas və tarixçi Yozef Makvartdır (alman. Josef Markwart (1922–ci ilədək "Marquart"); d. 1864 – ö. 1930). Bax: http://archive.is/7IIuw
3) Bernştamın kitabının göstərdiyimiz 184-cü səhifəsində "kadus" sözü keçən cümləsi üçün istinad belə göstərilib: "Marquart u. Groot, ук. соч., стр. 244". Burda səh. 244 səhvdir, ola bilsin kitabı nəşrə hazırlayanların texniki səhvidir, adı keçən əsərin əslindən də göründüyü kimi səh. 254 olmalıdır.
4) Yozef Makvartın istinad olaraq göstərilən "Das Reich Zābul und der Gott Žūn vom 6.–9. Jahrhundert // 6–9–cu əsrlərdə Zabul Krallığı və tanrı Tsun" adlı geniş məqaləsinin ortaq müəllifi holland əsilli məşhur sinoloq Yan Yakob Mariya dö Xroutdur (niderlandca: Jan Jakob Maria de Groot; d. 1854 – ö. 1921).
Qaynaqlar/Mənbələr:
Бернштам А. Н. Очерк истории гуннов. Ответственный редактор: М. М. Дьяконов. Ленинград: Издательство Ленинградского государственного ордена Ленина университета имени А. А. Жданова, 1951, стр. 184. https://www.avetruthbooks.com/.../bernshtam-a-n-ocherk...
Jos. Marquart und Johann Jakob Maria de Groot. Das Reich Zābul und der Gott Žūn vom 6.–9. Jahrhundert, seite 254. // Festschrift Eduard Sachau zum siebzigsten geburtstage gewidmet von freunden und schülern in deren namen herausgegeben von Gotthold Weil. Berlin: Verlag von Georg Reimer, 1915, 463 seiten + IV Tafeln.
http://www.archive.org/stream/festschrifteduar00weiluoft... + https://yadi.sk/i/aqT36jNxuRFZJ
Ērānšahr nach der Geographie des Ps. Moses Xorenac'i. Mit historisch-kritischem Kommentar und historischen und topographischen Excursen von Dr. J. Marquart, Privatdozenten der alten Geschichte in Tübingen. Abhandlungen der Königlichen Gesellschaft der Wissenschaften zu Göttingen; Philologisch-Historische Klasse; Neue Folge; Band III, Nro. 2. Berlin: Weidmannsche Buchhandlung, 1901, seite 61.
https://yadi.sk/i/kh3FZ01SuTZ8H












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.