Fitch: Qərbin Rusiya qazını kompensasiya etməsi üç ildən çox vaxt lazım olacaq

29-06-2022, 11:08           
Fitch: Qərbin Rusiya qazını kompensasiya etməsi üç ildən çox vaxt lazım olacaq
Avropa İttifaqının Rusiya qazının tədarükünün tam kəsilməsini kompensasiya etməsi üç ildən çox vaxt apara bilər.

“Report”un məlumatına görə, bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin dərc olunmuş hesabatında deyilir.

"Təchizat və infrastruktur məhdudiyyətləri o deməkdir ki, Aİ-nin Rusiya qazının tədarükünün tam kəsilməsini kompensasiya etməsi üç ildən çox vaxt apara bilər", - agentliyin analitikləri bildiriblər.

Eyni zamanda, onlar izah ediblər ki, Rusiyadan qaz nəqlinin qəfil dayandırılması ilkin ssenari deyil, riskdir.

“Fitch” qeyd edir ki, Mərkəzi və Şərqi Avropa ölkələri arasında Rusiya qazının Aİ ölkələrinə nəqlinin qəfil dayandırılması riskinə ən çox Slovakiya, Macarıstan və Çexiya məruz qalır. Eyni zamanda, Polşa, Litva və Rumıniya belə bir ssenaridə ən az həssasdır.

Agentliyin qeyd etdiyi kimi, region əhəmiyyətli makroiqtisadi şoklarla üzləşəcək, bir çox hallarda mənfi artım və inflyasiya yüksəlimi müşahidə olunacaq. Yüngülləşdirici amillərdəki fərqlər o deməkdir ki, dövlətlər üçün nəticələr çox müxtəlif olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru