Ölən ginekoloqun həyat yoldaşı ilə bağlı yeni DETAL

29-06-2022, 17:22           
Ölən ginekoloqun həyat yoldaşı ilə bağlı yeni DETAL
On birinci mərtəbədən düşərək həlak olan tanınmış ginekoloq Xalidə Kəngərlinin ölüm səbəbi ilə bağlı müxtəlif versiyalar ortaya atılır.

Mərhumun yaxın rəfiqələrinin və qohumlarının iddiasına görə ginekoloq həyat yoldaşı ilə boşanma ərəfəsində olub.

Hətta ailənin boşanma ilə bağlı məhkəməyə müraciət etdiyi də söylənilir. Rəfiqələrinin dediyinə görə həyat yoldaşının psixoloji problemləri olub və mütəmadi olaraq Xalidə Kəngərliyə fiziki zorakılıq göstərib.

Digər məlumata görə Xalidə Kəngərlinin həyat yoldaşı Gömrük Komitəsində çalışır. Teref.az-ın məlumatına görə, Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov Bizim.Media-ya açıqlamasında həkimin həyat yoldaşı Rüfət Kəngərlinin Gömrük Komitəsində çalışdığını təsdiqləyib. O, bildirib ki, Rüfət Kəngərli Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin böyük inspektoru vəzifəsində çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru