Hindistanlının izi tapılıb? - Polisdən AÇIQLAMA

29-06-2022, 17:29           
Hindistanlının izi tapılıb? -
Zaqatala dağlarında itən hindistanlı turist 29 yaşlı Manikanth Kondaveetinin axtarışları davam edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov bildirib ki, axtarışlar zamanı hələlik heç bir izə rast gəlinməyib: "Axtarışlar Qəbizdərə, Honzoqor yaylağında və ətraf dağlarda davam etdirilir. Hələlik turistə aid heç bir izə rast gəlinməyib".

Qeyd edək ki, hindistanlı turist 29 yaşlı Manikanth Kondaveeti mayın 12-də Zaqatalada oteldən çıxaraq, naməlum istiqamətdə gedib. Bundan sonra onunla əlaqə saxlamaq olmayıb. Yalnız mayın 13-də onun mobil telefonun "GPS" vasitəsilə harada olduğu izlənilib. Sonra isə bu axtarış vasitəsi də əlçatmaz olub. //lent.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru