İşığı söndürmədən yatmaq sağlamlığa zərərlidir – Həkimlər

30-06-2022, 08:58           
İşığı söndürmədən yatmaq sağlamlığa zərərlidir – Həkimlər
Alimlər insanlara tam zülmət qaranlıqda yatmağı tövsiyə edir. Yataq otağında istənilən cüzi işıq beynin işini pozur.
Bakupost.az xəbər verir ki, ABŞ-ın Qərb Universitetinin mütəxəssisləri işıq yanılı halda yatan insanlarda piylənmə, diabet və təzyiq xəstəlikləri yarandığını açıqlayıb.
Elmi araşdırmada 100 nəfər insan iştirak edib.
Nəticələr göstərib ki, cəmi 3 gecə hətta zəif işıqda yatmaq qanda şəkəri artırır, ürək döyüntüsünü çoxaldır, beyni tam dincəlməyə qoymur.
Ona görə də yuxuya gedərkən yataq yerinə cüzi işıq da düşməməlidir.
Tam qaranlıqda yatmaq melatonin hormon sintezini artırır, beyni rahatladır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru