Sosial şəbəkələrdən kütləvi İMTİNA – Səbəbini psixoloq İZAH EDİR

30-06-2022, 11:18           
Sosial şəbəkələrdən kütləvi İMTİNA –
Son günlərdə sosial şəbəkələrin aktiv istifadəçiləri sözügedən platformalardan sözün həqiqi mənasında “böyük köç” etməyə başlayıblar. Belə ki, bu hal xüsusi ilə “Facebook” sosial şəbəkə platformasında açıq şəkildə biruzə verilir. İstifadəçilərin dediklərinə görə, yayımanan yazılar, foto və digər paylaşımlar onlara neqativ enerji verir:

Ləman İdrissoy: “Bəziləri qəbirstanlığa çevirib buranı. Girirsən ya kiməsə “Allah rəhmət eləsin” yazırsan. Ya da məcbur kiminsə ad günü, başqa şad günü olur “Təbriklər” yazmalı olursan. Həm də neqativ xəbərlər və paylaşımlar çox olur. Biz isə neqativdən qaçmağa çalışırıq”.

Tərxan Paşazadə: “Mövsümü problem olduğunu düşünürəm. Görünür onların da istirahətə ehtiyacları var”.

Araz Babayev: “Mən artıq TikTokun xəstəsi, həm də onun sakiniyəm burada oturmağın adı yoxdu. Oradan hələ qazandığımı demirəm”.

Lalə Mehralı: “Neqativə yükləyir adamı bura. Hamı aqressivdir, hamı neqativ şeylər paylaşır. Mən 2013-də bağlamışdım 1 illik, sonra açdım. Yenə fikirləşirəm bağlayım, amma dərs aldığım fb qrupları var, onları neyləyim bilmirəm”.

Psixoloq Gülnar Orucova da Bizim.Media-ya mövzu ilə bağlı açıqlamasında istifadəçilərin haqlı olduğunu bildirib. Onun sözlərinə görə, insanlar artıq informasiya deyil, qazanc marağındadılar:

“Əvvəllər daha çox istifadə olunan sosial şəbəkə platforması Facebook idi. Lakin zaman keçdikdən sonra baş verən yeniliklər, ortaya çıxan instagram, TikTok və digər bu kimi platformalar insanların daha çox marağına səbəb oldu.

Hazırda İnstagram və TikTok asan qazanc, pul əldə etmək üçün daha rahat məkana çevrilib. Təbii ki, bu baxımdan insanlar artıq gəlir əldə edə biləcəyi yerlərə maraq göstərirlər və “Facebook”-dan istifadənin azalmasında səbəblərdən biri də bu haldır.

Nəzərə alsaq ki, müəyyən zaman daxilində insanlar sosial şəbəkələrdən tanışlıq, dostluq münasibətləri qurmaq üçün istifadə edirdilər. Lakin zamanla platformalar, əsasən də feysbuk daha çox ciddi paylaşımların, müzakirələrin məkanına çevrilib.

Əyləncə, istirahət axtaranlar da bu tip paylaşımlardan qaçırlar. Neqativlik saçan, aqressiya yaradan paylaşımları görmək istəmirlər. Əslində bu baxımdan sosial şəbəkələrdən imtinanı müsbət qarşılayıram”,- deyən G.Orucova sağlam psixikaya sahib olmaq üçün sosial şəbəkələrdən uzaq durmağı effektiv addım hesab edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.