Erməniləri qorxuya salan Komando -

30-06-2022, 12:28           
Erməniləri qorxuya salan Komando -
"Müharibənin başa çatmasından sonra Azərbaycan hamının gözlədiyi kimi Silahlı Qüvvələrinin ixtisarına deyil, əksinə Silahlı Qüvvələrini həm şəxsi heyyət, həm də texnika və təchizat baxımından inkişaf etdirməyə qərar verdi".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, hazırda ən azı beş Komando Hərbi Hissəmiz fəaliyyət göstərir:

"Vətən müharibəsinin təcrübəsindən irəli gələrək Azərbaycan Silhalı Qüvvələrinin Ali Baş Koamndanı daha çox Xüsusi Təyinatlı Qüvvələrin tərkibinin genişləndirilməsinə və Komando Briqadalarının yaradılmasına üstünlük verdi. Bu, həm də bizim Türk ordu modelinə keçidimiz istiqamətində atdığımız addımların bir hissəsi də hesab oluna bilər.

Bildiyiniz kimi hazırda Azərbaycanda iki Komando hərbi hissəsinin açılışını Ali Baş Komandan İlham Əliyev həyata keçirib. Onlardan biri Qarabağda (Hadrutda), digəri isə Şərqi Zəngəzurda Ermənistanla sərhəddə yerləşir. Digər iki Komando Hərbi Hissəsinin açılışını isə Müdafiə naziri həyata keçirib. Bir Komando Hərbi Hissəsinin açılışını isə biz rəsmən müşahidə etməmişik, amma onun şimal istiqamətində yerləşdiyi də məlumdur.

Görünən odur ki, Azərbaycan yaxın gələcəkdə də Komando Hissələrinin sayını daha da artırmaqda maraqlıdır. Hazırda bizim ən azı beş Komando Hərbi Hissəmiz artıq fəaliyyət göstərirsə, onların sayının yaxın perespektivdə iki dəfə də artırılacağını gözləyirik.

Bu hərbi hissələr Qarabağın azad olunan ərazilərində elə bir şəkildə yerləşdirilib ki, həm rusların müvəqqəti nəzarətində olan ərazilərdə, həm də Azərbaycanla Ermənistan sərhəddində baş verə biləcək düşmən təxribatlarına minimal reaksiya müddətini təmin edə bilsin.

Bu baxımdan yaradılan yeni Komando Hərbi Hissələri Ordumuzun gücünə əlavə güc qatır və bu proseslər gələcəkdə də davam edəcək. Nəticə etibarı ilə yaradılan Quru Qoşunları əlavə Ordu Korpusu və yeni Komando Hərbi Hissələri, o cümlədən XTQ-nin tərkibinin genişləndirilməsi Azərbaycan ilə Ermənistan arasındakı qüvvələr nisbətini Azərbaycanın xeyirinə bir neçə dəfə dəyişib.

Belə olan halda yaxın perespektivdə Ermənistanın Azərbaycana qarşı geniş miqyaslı hansısa hərbi əməliyyatlar və ya tədbirlər keçirilməsi imkanı da düşmən ölkə üçün sıfra bərabərləşib".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.