Amerika alimləri Xəzər dənizi üzərində qəribə bulud aşkar edib... - MARAQLI

30-06-2022, 15:22           
Amerika alimləri Xəzər dənizi üzərində qəribə bulud aşkar edib... - MARAQLI
"Bu regionda belə qəribə buludun meydana çıxmasını Xəzər dənizinin dünyada ən böyük daxili su hövzəsi olması ilə izah etmək olar"

Amerika alimləri Xəzər dənizi üzərində qəribə bulud aşkar edib...

Həm Yer səthinin, həm də onun atmosferinin öyrənilməsi ilə məşğul olan NASA Xəzər dənizi üzərində qeyri-adi buludun fotoşəklini çəkə bilib.

Bu spesifik bulud dəqiq müəyyən edilən sərhədlərə malikdir və belə buludlar, əsasən, qitənin daxilində deyil, okean üzərində əmələ gəlir.

Moderator.az xəbər verir ki, bu barədə "Space" jurnalı yazıb.

"Terra" adlı peykin məlumatlarının köməyilə alimlər Şərqi Avropa regionu üçün qeyri-adi hadisə olan təbəqəli-sıx toplanan qeyri-adi buludu müşahidə edib.

Təbəqəli sıx buludlar, adətən, Yer səthi üzərində, okean üzərində təxminən 1, 5 km hündürlükdə meydana çıxır.

"Terra" peykinin MODIS cihazının köməyilə fotoşəkli çəkilən bulud dəqiq sərhədlərə malik olub, bu da alimlərin xüsusi diqqətini çəkib.

"Belə dəqiq sərhədləri olan bu tip buludlar o zaman yaranır ki, quru isti hava qurudan qalxaraq, okean üzərində daha soyuq və rütubətli hava ilə toqquşur", - Niderlandın kosmik tədqiqatlar institutundan Bastian van Didenhoven deyir.

Onun sözlərinə görə, belə buludları tez-tez Afrikanın qərb sahillərində okean üzərində görmək olar.

Tədqiqatçılar güman edir ki, bu regionda belə qəribə buludun meydana çıxmasını onunla izah etmək olar ki, Xəzər dənizi dünyada ən böyük daxili su hövzəsidir.

Böyük ehtimalla, daha isti və quru hava, mümkündür ki, Balkan yarımadasından gəlib, Xəzər dənizi üzərində daha soyuq və rütubətli hava ilə toqquşub.

"Terra" peykinin cihazının qeydə aldığı buludun görünməsindən bir neçə saat sonra o, çəkilməyə başlayıb və Qafqaz dağları rayonunda Yer səthinə yaxın quru üzərində tamamilə yoxa çıxıb.

"Terra" peykinin bortunda beş elmi cihaz var, kosmosa hələ 1999-cu ildə buraxılıb və NASA-nın ən "uzunömürlü" elmi peyklərindəndir.

Belə uzunmüddətli missiyaların üstünlüyü ondadır ki, alimlər eyni cihazların köməyilə planetdəki dəyişiklikləri izləyə bilir, bu da uzun müddət ərzində maksimal dəqiq və uzlaşdırılan məlumatlar almağa imkan verir.

Lakin bu il NASA bəyan edib ki, öz bortunda ən müasir avadanlıq gəzdirə bilən yeni peyklərin buraxılmasına hazırlıq üzərində işləyəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.