Bu xəstəliyə kişilərdən çox qadınlar TUTULUR - Alimlər səbəbini TAPDILAR

1-07-2022, 12:04           
Bu xəstəliyə kişilərdən çox qadınlar TUTULUR -
"Alimlər Altsheymer xəstəliyi ilə bağlı yeni gen aşkarlayıblar".

Sfera.az xəbər verir ki, bu gen Altsheymer xəstəliyinin qadınlarda kişilərə nisbətən niyə daha çox rast gəlindiyi sualının cavabını tapmağa kömək edib.

Tam adı O6-Metilquanin-DNT-metiltransferaza olan (və ya MGMT) gen bədənin həm kişilərdə, həm də qadınlarda DNT-yə dəyən ziyanı necə bərpa etməsi məsələsində mühüm rol oynayır.

Aparılan araşdırmalar nəticəsindədə kişilərdə MGMT geni və Altsheymer arasında heç bir əlaqə tapılmayıb.
ABŞ-ın Atlantika Universitetinin həkimi Riçard İsakson qadınların APOE ε4 və MGMT kimi unikal genetik risk faktorları və menopauzaya keçid zamanı estrogenin qəfil azalması kimi genderə aid risk faktorları səbəbindən kişilərdən daha çox risk altında olduğunu bildirib.

Altsheymer Dərnəyi isə Altsheymer xəstəliyi ilə yaşayan 6,5 milyon amerikalının üçdə ikisinin qadın olduğunu açıqlayıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru