Casus qadınların “toruna düşən” erməni hərbçilər: “Onunla eşq yaşadım” - TƏFƏRRÜAT
2-07-2022, 10:58
![Casus qadınların “toruna düşən” erməni hərbçilər:](/uploads/posts/2022-07/1656739589_1.jpg)
Ermənistanda hərbçilər arasında növbəti casus şəbəkəsinin aşkar olunaraq ləğv edilməsi barədə məlumat yayılıb. Bu dəfə məlumatlar casus qadınların hərbçiləri yoldan çıxarması, onlarla intim münasibətlərə girməsi və hərbçilərin 00 dollar müqabilində qadınlara hərbi sirlər ötürməsi barədədir.
Stepanakert/Xankəndində tanınmamış "Dağlıq Qarabağ Respublikasının Milli Təhlükəsizlik Xidməti" tərəfindən 5 dövlətə xəyanət halının aşkar edildiyi, casus şəbəkəsinin ləğv edildiyi və digər vətəndaşların şəbəkəyə cəlb olunmasının qarşı alındığı bildirilir.
“Hərbçilər Facebook və Tik-Tok sosial şəbəkələri vasitəsilə şəxsi hesabında erməni adı ilə özünü təqdim edən xarici xüsusi xidmət əməkdaşı ilə tanış olub və bir müddət təmasda olduqdan sonra onun tapşırığı ilə ona qulluq etdikləri hərbi hissənin yerləşdiyi yer, döyüş növbətçiliyində olan hərbçilərin sayı, silah və sursat növləri haqqında və sairə dövlət və xidməti sirr ehtiva edən məlumat təqdim ediblər“ – "MTX" bildirib.
Bunun müqabilində onlardan tək birinin bank hesabına 200 dollar məbləğində pul ötürülüb. Digərləri vəd edilən məvaciblərini almayıblar.
İlkin istintaq nəticəsində əldə edilmiş dəlillərə əsasən, hərbçilərin üçü barəsində həbs qətimkan tədbiri seçilib.
Casusluqda ittiham olunan hərbçilər kamera qarşısında xarici xüsusi xidmət üçün məxfi məlumat topladıqlarını etiraf edirlər. Lakin xarici ölkənin adı açıqlanmır.
Daha ətraflı aşağıdakı videoda:
bbc azeri