YAP-ın siyahısı ilə seçkilərə girdi... UDUZDU: İndi TENDER KRALIDIR... - İLGİNC FAKT

2-07-2022, 12:28           
YAP-ın siyahısı ilə seçkilərə girdi...
Bakı Nəqliyyat Agentliyi (BNA) sifarişçi olduğu yeni tenderə imza atıb.

Teref.az Qlobal.az-a istinadla xəbər verir ki, ""Zığ Avtoparkı” MMC-yə məxsus avtobus qarajının tikintisi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması (Təkrar elan)" lotu üzrə tenderin qalibi "Minera" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

"Minera" MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 110 manat, qanuni təmsilçisi isə Əsgərova Mətanət Talıb qızıdır.

Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov ev 90 ünvanıdır.

"Minera" MMC-nin web saytı olan təşkilatlardandır.

Şirkətin təsisçisi əslən Ordubad rayonunun Behrud kəndindən olan Rzayev Xudaqulu Əhət oğludur.

Xudaqulu Rzayev şirkətin 1996-cı ildən fəaliyyətə başladığını bildirir.

X.Rzaquliyev eyni zamanda 2011-ci ildən "Evrika" liseyini təsis edib.

"Minera" MMC bir çox layihələrin həyata keçirilməsində, böyük obyektlərin tikinti və təmir bərpa işlərində iştirak edib.

Xudaqulu Rzayev 2020-ci ildə keçirilən parlament seçkilərində deputatlığa namizəd olub.

Onun namizədliyi 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülsə də, bu dairədən Rasim Musabəyov deputat seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru