"Android"də yeni virus SMS-i gizlətməyi öyrənib

3-07-2022, 10:07           
"Android"də yeni virus SMS-i gizlətməyi öyrənib
“Android” üçün zərərli proqram təminatı istifadəçinin xəbəri olmadan pullu xidmətlərə qoşula bilir.

“Report” xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.

Korporasiyanın mütəxəssisləri qeyd ediblər ki, aşkar edilmiş həmin virus proqramları “Android” platformasında son dərəcə geniş yayılıb.

Məlumatda bildirilib ki, təhlükəli proqram təminatı istifadəçinin nömrəsinə gizli şəkildə çoxlu sayda ödənişli abunəliklər rəsmiləşdirə bilir. Yeni zərərli proqramın özəlliyi ondan ibarətdir ki, o, operatorun adətən abunə və ya ödəniş faktını təsdiqləmək üçün göndərdiyi SMS mesajlarını gizlətməyi öyrənib.

Mütəxəssislərin fikrincə, təhlükəli proqramları “Android API”də dəyişikliklər etməklə və “Google Play”in moderasiyasında olan proqramları daha ətraflı tədqiq etməklə dayandırmaq olar. Korporasiya həmçinin naməlum mənbələrdən proqramları yükləməyi və tətbiqlərin daxil olan SMS-ləri oxumaq imkanını məhdudlaşdırmağı tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru