Səkkiz qızın zorlandığı QALMAQALLI MƏCLİSDƏ Olaf Şolts da iştirak edib

10-07-2022, 08:24           
Səkkiz qızın zorlandığı QALMAQALLI MƏCLİSDƏ Olaf Şolts da iştirak edib
Almaniya kansleri Olaf Şolts səkkiz qızın zorlandığı gecəyə qatılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Tagesspiegel” partiya daxilindəki öz mənbələrinə istinadən yazır.

Zərərçəkmişlərə guya “nokaut damcıları” vurulduğu iddia edilir. Bu, Sosial Demokratik Partiyasının (SDP) iyulun 1-də keçirilən yay qurultayında ənənəvi şənlik tədbirində baş verib.

Bundestaqda və seçki dairələrində SPD-nin deputatları və əməkdaşları, Almaniya kansleri Olaf Şolts da olub.

Partiyaya qatılan 21 yaşlı qız özünü pis hiss etməkdən şikayətlənib. O, tədbirdə spirtli içki qəbul etmədiyinə aydınlıq gətirib. Saat 21:30 radələrində onun halı pisləşib və başı gicəllənib. Ertəsi gün səhər o, ötən axşam baş verənləri xatırlaya bilməyib. Zərərçəkmiş xəstəxanaya çatdırılıb və polis çağırılıb. Ondan qan analizinin götürülməsi və toksikoloji ekspertizanın aparılması qərara alınıb.

Nəşr qeyd edir ki, şənliyin bir neçə iştirakçısı arasında yaddaş itkisinin səbəbi zorlama dərmanları ola bilər. Belə maddələr bəzən qurbanların içkilərinə qarışaraq onları köməksiz vəziyyətə salır. Növbəti gün qurbanlar nə baş verdiyini xatırlamaya bilərlər.

SDP nümayəndələri bütün zərərçəkmişlərdən polisə müraciət etmələrini xahiş edir və baş verənləri yoluna qoymaq üçün hər cür səy göstərəcəklərinə söz veriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru