"Bu şəhərin azad olunması Rusiyanın tam psixoloji çöküşü olacaq..." - Rus yazar...

12-07-2022, 11:08           
"Bu şəhərin azad olunması Rusiyanın tam psixoloji çöküşü olacaq..."
"Ukrayna ciddi şəkildə əks-hücuma hazırlaşır. Ruslar Slavyanskı, ukraynalılar isə Xersonu almaq istəyirlər. Bu saat RF Silahlı Qüvvələrinin strukturunda ən zəif nöqtə olan Xersonun tutulması dönüş nöqtəsi olacaq".

Moderator.az xəbər verir ki, bunu rusiyalı müxalif jurnalist, publisist Andrey Piontkovski Ukrayna mediasındakı məqaləsində söyləyib.

"Bu, Rusiyada həm televiziyalarına inanan "dərin" deyilən xalqda, həm də müharibənin uduzduğu hər kəsə aydın olacağı bunkerdəki vəziyyətdə heyrətamiz təəssürat yaradacaq, heç nəyi gizlətmək mümkün deyil. Və o zaman Putini çox çətin günlər gözləyəcək" - yazısının davamında rus yazar belə deyib.

"Biz, sadəcə, oyunun sonunu gözləyirik. Kremlin hesablamalarında son oyun Slavyanskın tutulması, bu uğurun ətaləti üzərində isə yenidən atəşkəsin tətbiqi, əslində Ukraynanın bölünməsi olacaq. Ukrayna qüvvələrinin uğuru isə hər kəs məğlubiyyətin qaçılmaz olduğunu başa düşəcəyi ​​Xersonun tutulması və Rusiyanın tam psixoloji çöküşü olacaq. Bax, 2022-ci ilin yayının son aylarında bizi hansı dram gözləyir"- deyə Piontkovski vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.