Rusiyanın Azərbaycanla bağlı yeni planı: “Kreml son variantda buna əl atacaq…” – Politoloq açıqladı

13-07-2022, 09:14           
Rusiyanın Azərbaycanla bağlı yeni planı:
“Rusiyanın Transxəzər və Azərbaycan üzərindən Qazaxıstan neftinin daşınmasının qarşısını almaq üçün müəyyən siyasi təzyiqlərə əl atması mümkündür”.
Bakupost.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, Qazaxıstan öz neftini Avropaya ixracinı Rusiya ərazisindən nəql edir və Moskva hazırda neftin Avropaya nəqlində ciddi problemlər yaradıb:

“Yalnız əlverişli alternativ marşrutu olan Azərbaycan üzərindən neft ixracı Qazaxıstan üçün prioritet təşkil edir. Bununla əlaqədar prezident Q.C. Tokayev tapşırıqlar verib.
Hazırda Mərkəzi Asiyada problemlər dərinləşir və bu böhranının başında Kreml dayanır. Qazaxıstana ciddi təzyiqlər, Özbəkistanda Qaraqalpakstan böhranı, Qırğızıstana Tacikistan tərəfindən silahlı hücumlar məhz Moskvanın bu regionu güzəştə getməyəcəyi mesajını verir”.
Politoloqun sözlərinə görə, Rusiyanın Ukraynada siyasi -hərbi məğlubiyyəti qaçılmazdır və bundan sonra, proseslər Mərkəzi Asiyanın strateji cəhətdən güclənməsinə gətirəcək:
“Bu, transxəzər boru kəməri çəkilməklə Qazaxıstan, Özbəkistan və Türkmənistanin neft-qaz ixracı Azərbaycan üzərindən Qərbə ixrac ediləcək. Proses gedir və Kremlə qarşı ciddi təzyiqlər həyata keçirilir.
Qeyd edim ki, Türkiyənin Ermənistanla yaxınlaşması və Azərbaycanla sülhün əldə edilməsi istiqamətində aparılan danışıqlar ümumi prosesdir və nəticədə strateji planda Moskva məğlub olacaq. Rusiyanın son variantda Qazaxıstanda rusları və yenidən Özbəkistanda Qaraqalpakstanı ayağa qaldırması mümkündür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.