“Aİ-92” markalı benzinin və dizelin qiyməti də bahalaşacaq? - AÇIQLAMA

13-07-2022, 12:59           
“Aİ-92” markalı benzinin və dizelin qiyməti də bahalaşacaq? - AÇIQLAMA
“Aİ-95” premium markalı benzin 40 qəpik bahalaşaraq satış qiyməti 2 manat olub. Dünyada, eləcə də Azərbaycanda geniş vüsət alan bahalaşma dalğasının “Aİ-92” markalı benzin və dizelə də çatacağı barədə müzakirələr gedir. Ümumiyyətlə, "Aİ-95"in bahalaşması nəyə gətirib çıxaracaq?

Qafqaz.media xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı modern.az-a danışıb.

Ekspert deyib ki, rəsmilər “Aİ-95” markalı benzinin qiymətinin artmasını dünyada baş verən proseslərlə izah etməyə çalışsalar da, vəziyyət başqa cürdür:

“Ancaq dizel və “Aİ-92” markalı benzin dövlət tərəfindən tənzimlənir. Ona görə bu yanacaq növlərinin də qiyməti qalxarsa, dünyadakı proseslərlə əlaqləndirə bilməyəcəklər. Çünki “Aİ-92” markalı benzin və dizel yerli istehsaldır. Dövlət qurumları, Tarif Şurası hüquqi qiymət artımına getməyə də bilər. Çünki bu, beynəlxalq məsələdən asılı deyil. Ölkədə indiki inflyasiya dərəcəsini, kəskin qiymət artımının olduğunu nəzərə alsaq, “Aİ-92” markalı benzin və dizelin qiymətinin artması inflyasiyanı daha da sürətləndirəcək. Nəticə etibarı ilə də ölkədə sosial problemlərin daha da artmasına səbəb olacaq. Ümid edək ki, “Aİ-95” markalı benzinin qiymətinin 2 manat olması “Aİ-92” markalı benzinin, dizelin bahalaşmasına və sosial problemlərin artmasına gətirib çıxaracaq siqnal deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.