Smartfonların mavi işığının yaşlılara təsiri öyrənilib

30-07-2022, 10:34           
Smartfonların mavi işığının yaşlılara təsiri öyrənilib
Müxtəlif qadcetlərdən gələn mavi işığın zərərli təsirlərinin insanın yaşı ilə əlaqəsi öyrənilib. Məlum olub ki, yaş keçdikcə bu zərər daha da arta bilər.

Bu barədə Oreqon Dövlət Universitetinin alimləri bəyan ediblər. Alimlərin bununla bağlı tədqiqatları “Medical Xpress”də dərc olunub.

Mütəxəssislər təcrübədə “Drosophila melanogaster” adlanan meyvə milçəyindən istifadə ediblər (Məhz bu həşəratların üzərində təcrübələrin aparılması onların insanlarla oxşar hüceyrə quruluşu modelinə malik olması ilə bağlıdır).

Alimləri zərərli şüalanmaya məruz qoyulan həşəratlarda təkcə mavi işığın hüceyrə mitoxondrilərinə patoloji təsiri deyil, həm də qocalmış subyektlərə təsirləri maraqlandırıb.

Əvvəlcə iki günlük böcəklər, sonra isə 20, 40, 60 günlük olanlar şüalandırılıb. Məlum olub ki, zərərli təsir yaşlı milçəklərdə daha çox özünü göstərir.

Qeyd edək ki, smartfon ekranından və ya kompüter monitorundan çıxan mavi işıq günəş işığının bənövşəyidən maviyə qədər olan spektrinin bir hissəsi olduğundan gözlər üçün zərərlidir. Bundan əlavə, uzun müddət mavi işığa məruz qalmaq, yuxu hormonu olan melatoninin normal istehsalını pozur. Bu səbəbdən yuxu qısa və narahat olur.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru