Rusiya müharibəni maliyyələşdirmək üçün Sudandan qanunsuz yolla qızıl daşıyır

31-07-2022, 00:06           
Rusiya müharibəni maliyyələşdirmək üçün Sudandan qanunsuz yolla qızıl daşıyır
Rusiya Ukraynadakı müharibəni maliyyələşdirmək məqsədilə Sudandan qeyri-qanuni yolla qızıl daşıyır.

TEREF.AZ xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Televiziyanın informasiyasına görə, Rusiyanın Ukraynaya hücumundan bir neçə gün sonra Rusiyaya məxsus yük təyyarəsi Sudanın paytaxtı Xartumdan qanunsuz olaraq bir tona yaxın qızıl çıxarıb. Həmin sərvətlər peçenye qutularının altında gizlədilib.Bildirilib ki, ən azı 16 təyyarə bu işlə məşğuldur.Qızılın müqabilində Moskva ölkənin demokratik hərəkatını vəhşicəsinə yatıran Sudanın getdikcə populyarlaşan hərbi rəhbərliyinə hərbi-siyasi dəstək göstərir.

Qeyd olunub ki, qızıl ixracı sxeminin arxasında rusiyalı oliqarx Yevgeni Priqojin dayanır.

Daha əvvəl bildirilmişdi ki, Avropa artıq Rusiya qızılını almayacaq. Bu, yeni anti-Rusiya sanksiyalar paketi ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru